Türkiyə parlamentində təmsil olunan müxalif “DEVA”, “Səadət” və “Gələcək” partiyaları birləşərək fraksiya yaradıblar.
Sozcu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Səadət” partiyasının başqanı Mahmud Arkan, “DEVA” partiyasının başqanı Əli Babacan və “Gələcək” partiyasının başqanı Əhməd Davudoğlu arasında keçirilmiş üçtərəfli görüşdə tərəflər “Demokratik Platforma” adlı fraksiyada birləşdiklərini elan ediblər.
Bundan əlavə, 3 partiyanın qarşıdan gələn seçkilər zamanı birgə fəaliyyət göstərməsi və ümumi proqram hazırlaması razılaşdırılıb.
Adı çəkilən müxalifət partiyalarının əməkdaşlığı Türkiyədə daha demokratik və islahat gündəmini inkişaf etdirmək məqsədi daşıyır.
Partiyaların birləşməsinin əsasını Ərdoğan administrasiyasının siyasətinə qarşı çıxmaq və yeni siyasi alternativ yaratmaq istəyi təşkil edir.
Xatırladaq ki, Əli Babacan və Əhməd Davudoğlu Türkiyənin keçmiş xarici işlər nazirləri olub.