Türkiyə ordusunun hərbçisi şəhid oldu

PKK terrorçuları İraqın şimalında Türkiyə hərbçilərinə hücum ediblər, ölən və yaralanan var.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı əməliyyat bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb.

Yaralılarımız dərhal xəstəxanaya çatdırılıblar və müalicələrinə başlanılıb.

Share on Facebook