Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilən PKK terrorçularının sayı 58-ə çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Nazirlik “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları bölgələrində PKK-nın daha 14 terrorçusunun məhv edildiyini bildirib. (Report)