Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi MKE “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın hakim Halil Umut Melerə hücumundan sonra növbədənkənar toplantı keçirib
Sozcu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, toplantıdan sonra o, jurnalistlərə verdiyi açıqlamada ölkədəki bütün liqaların oyunlarının qeyri-müəyyən müddətə təxirə salındığını bəyan edib.
Xatırladaq ki, ötən gün – dekabrın 11-də Türkiyənin Trendyol Super Liqasının 15-ci həftəsində “Ankaragücü” ilə “Rizəspor” 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra meydana daxil olan “Ankaragücü” prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində Meler gözündən xəsarət alıb.