Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk əyalətində daha bir əməliyyat keçirib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində “Rozerin Şemzinan” kod adlı Sariye Atilla məhv edilib.
Onun PKK terror təşkilatının “rəhbər şəxs”lərindən biri olduğu, Hakurk əyalətindən məsul olduğu bildirilir.