Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.
Bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, hadisədə 5 özəl hərəkat polisi və 3 hərbçi yaralanıb. Yaralılar Türkiyənin Qaziantep və Kilis şəhərlərinə təxliyə olunublar.
TSQ terrorçuları haubitsa və raket buraxıcı qurğularla cavab atəşinə tutub.