Türkiyənin “Peqasus” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib.
Sozcu.az xəbər verir ki, bu barədə Monteneqro Hava Limanı məlumat yayıb.
“Türkiyənin aşağı büdcəli aviaşirkəti “Peqasus Airlines” noyabr 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa - Sabiha Gökçən istiqamətində aviareysləri isə davam etdirir”, - məlumatda bildirilib.
Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Monteneqro” və Turkiyə Hava Yolları tərəfindən həyata keçirilməyə davam edir.
