Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi İsraillə 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin qəbulu ilə bağlı razılaşmanın olmasına dair iddiaları təkzib edib.
Sozcu.az xəbər verir ki, bu barədə Mərkəz "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Mərkəzdən verilən açıqlamada qeyd edilib ki, bəzi sosial media hesablarında yer alan “Netanyahudan açıqlama: 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olması üçün Ərdoğanla razılaşdıq” iddiası doğru deyil:
"Prezidentimizin bu istiqamətdə görüşü, İsrailin baş naziri Benyamin Netanyahunun isə belə bir bəyanatı yoxdur. İddialar tamamilə uydurmadır".