"Traxtur"un loqosu dəyişdirilir

Təbrizin "Traxtur" Futbol Klubunun loqosunun yenidən dəyişdirilməsi qərara alınıb.

Bu barədə "Traxtur" klubunun media hesabıbda məlumat yayılıb.

Hazırkı loqoda "Traxtur"un təsis edildiyi 1970-ci il tarixi və Traktor fotosunun olmayacağı bildirilib.

Son 4 il ərzində ikinci loqo dəyişikliyi "Traxktur" azarkeşləri tərəfindən etirazla qarşılanıb.

İdman mütəxəssisləri də klubun təsis tarixinin ləğv edilməsi və yeni loqonun sadəcə bir rəngdən ibarət olmasını qüsur kimi qiymətləndiriblər.

Share on Facebook