Trampdan BRİKS ölkələrinə təhdid: Buna cəhd edən istənilən ölkə...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİKS ölkələrini hədələyərək, dollardan uzaqlaşmamağa cəhd etməməyi öhdəsinə götürməsələr, sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib.

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada BRİKS üzvü olan ölkələri təhdid edib.

Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada “kənara dayanıb BRİKS ölkələrinin dollardan uzaqlaşmağa çalışmasını izləmək” ideyasının bitdiyini bildirib və deyib:

- Biz bu ölkələrdən xahiş edirik ki, yeni BRİKS valyutası yaratmayacaq və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəklər. 

- Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcəklər və ABŞ-ın böyük iqtisadiyyatına satışla vidalaşacaqlarını gözləməlidirlər. Onlar gedib özlərinə başqa bir "əmici" tapa bilərlər. BRİKS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən istənilən ölkə Amerika ilə vidalaşmalıdır.

Share on Facebook