Trampa qarşı sui-qəsd: Bayden zəng etdi

ABŞ Prezidenti Co Bayden Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan respublikaçı namizəd Donald Trampla telefon danışığı aparıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi jurnalistlərə açıqlamasında deyib.

“Bu axşam prezident keçmiş prezident Trampla danışıb”, – Ağ ev rəsmisi bildirib.

O, söhbətin təfərrüatını açıqlamayıb.

Onun sözlərinə görə, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Trampın mitinqinin keçirildiyi Batler şəhərinin meri Bob Dendoyla da danışıb.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb.

Share on Facebook