Trampa qarşı qərar: yazıçıya 83,3 milyon ödəməlidir

Andlılar məhkəməsinin qərarı ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazıçı Elizabet Cin Kerrolla 83 milyon dollardan çox təzminat ödəməlidir.

Sozcu.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

Belə ki, məhkəmə Kerrollun reputasiyasına dəymiş ziyana görə 11 milyon, mənəvi zərər və digər itkilərə görə 7,3 milyon, cərimə olaraq 65 milyon dollar təzminat müəyyən edib.

Tramp məhkəmə qərarını “tamamilə absurd” adlandırıb və apellyasiya şikayəti verəcəyini bildirib.

“Onlar Birinci Düzəlişlə bağlı bütün hüquqlarımızı əlimizdən aldılar. Bu, Amerika deyil”, - Tramp sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, Tramp yazıçıya qarşı cinsi zorakılıq və böhtan atmaqda ittiham edilir.

Share on Facebook