ABŞ prezidenti Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlar planını nəzərdən keçirir. Planın əsas məqamlarından biri ÜST-nın sədri postuna amerikalının təyin edilməsidir.
Sozcu.az xəbər verir ki, bu barədə Reuters agentliyinə plan və Tramp administrasiyasının təklif sənədi ilə əlaqəli iki mənbə məlumat verib.
Qeyd olunur ki, ÜST-də islahatlar planı ABŞ prezidentinin 20 yanvarda andiçmə mərasimindən əvvəl onun müşavirlərinə verilib. Sənəddə ABŞ-ın təşkilatdan çıxması, eləcə də ÜST ilə qarşılıqlı fəaliyyətə “köklü yeni yanaşma”nın qəbulu ilə bağlı tövsiyələr yer alıb.