ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp İranda nüvə silahının yaradılmasının qarşısını almaq üçün Tehrana qarşı qabaqlayıcı hava zərbələri endirmək imkanını nəzərdən keçirir.
Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə son telefon danışığında prezidentlik dövründə İranın nüvə sıçrayışına nail ola biləcəyindən narahat olduğunu və belə bir nəticənin qarşısını almaq üçün variantlar axtardığını bildirib.
Qeyd olunur ki, Trampla İran məsələsinin müzakirələrində iki variant nəzərdən keçirilib:
“Onlardan biri Yaxın Şərqə daha çox Amerika qoşunu, təyyarə və gəmi göndərməklə hərbi təzyiqin artırılmasını nəzərdə tutur. ABŞ həmçinin İsrailə bunker dağıdan bombalar kimi qabaqcıl silahlar da sata bilər ki, bu da onun hücum gücünü artıracaq və İranın nüvə obyektlərini sıradan çıxarmağa imkan verəcək”.