Tramp onu FTB direktoru təyin edir

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keş Pateli Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə təklif edib.

Sozcu.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

"Keş Patelin FTB-nin növbəti direktoru olacağını elan etməkdən qürur duyuram. Keş karyerasını korrupsiya ilə mübarizəyə, ədaləti və Amerika xalqını müdafiə etməyə sərf edən mükəmməl hüquqşünas, müstəntiq və “Amerika hər şeydən öncə” ideyasının çempionudur", - Tramp yazıb.

Trampın sözlərinə görə, Patel Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsini ifşa etməkdə kritik rol oynayıb.

Tramp FTB-nin yeni direktorunun Amerikada cinayət epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar dəstələri məhv edəcəyinə, ABŞ-ın sərhədindən keçən narkotik və insan alverinə son qoyacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, Keş ABŞ-da dərin dövlət nümayəndələrinin siyahısını dərc edən şəxsdir.

Share on Facebook