Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçildi

Tofiq Yaqublu barəsində həbs qərarı verildi.

Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilir ki, Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, ötən gün – dekbarın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb.

Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. O cinayət işində başqa təqsirləndirilən şəxsin də olduğunu qeyd edib və istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib.

“Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”, - A. Layıc bildirib.

Share on Facebook