Ötən gün (25 dekabr) Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan və xilas edilən sərnişinləri ilə bağlı müxtəlif rəqəmlər yayılıb.
Sozcu.az Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi və baş nazirinin məlumatına əsaslanaraq bildirir ki, təyyarədə 67 nəfər sərnişin olub. 38 nəfərin cəsədi tapılıb və ekspertizaya göndərilib.
Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!
29 nəfər xilas edilib ki, onlardan da 3 nəfəri azyaşlı uşaqdır. Qazaxıstan FHN bildirib ki, hadisə yerində gecə-gündüz növbə təşkil olunub.