Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Mersedes" və "Mitsubişi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
