Tərtər sakini ikinci dəfə minaya düşübmüş...

Xəbər verdiyimiz kimi, bu gün saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Sozcu.az xəbər verir ki, minaya düşən şəxslə bağlı bir sıra detallar məlum olub.

Belə ki, Yaquar Hadıyev bundan əvvəl də minaya düşüb. O, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində mina partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Onun sol aşağı ətrafının pəncə nayihəsi travmatik amputasiya edilib.

Qeyd edək ki, Yaquar Hadıyev 1989-cu ildə anadan olub. O, Tərtər rayonunun Həsənqaya kəndindən idi.

Share on Facebook