Azərbaycan Respublikası ərazisinin bir hissəsində 32-ci ildir ki, Kremlin dəstəyi ilə qondarılımış və hazırda birbaşa Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin himayəsi altında dövlətimizə, xalqımıza qarşı fəlaiyyətini davam etdirən separatçı-terrorçu rejim mənsubları üzdəniraq "parlament"lərinə yeni "sədr" seçiblər.
Sozcu.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, bu "vəzifə"yə terrorçu “erməni inqilab federasiyası” –“Daşnaksütyun” partiyasının Xankəndindəki qanunsuz şöbəsinin “parlament”dəki “fraksiya” üzvü David İşxanyan seçilib.
Bununla bağlı keçirilən iclasda baş separatçı Araik Arutyunyan bvə keçmiş "spiker" Artur Tovmasyan da iştirak ediblər.
Xatırladaq ki, separatçı xuntanın qanunsuz “qanunverici” orqanının keçmiş “sədri" Artur Tovmasyan iyulun 29-da istefa verib.moderator