Jurnalist və teleaparıcı Pirs Morqan “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 2023-cü ildə 42 matçda 46 qol vurmasına münasibət bildirib.
Sozcu.az xəbər verir ki, o, sosial şəbəkə hesabında deyib: "Ancaq o, guya "Mançester Yunayted"də problem idi. Ten Haqı qovmalı, Ronaldo "Mançester Yunayted"in kapitanı olmalı idi".
Qeyd edək ki, Ronaldo ötən ilin noyabrında Morqanla qalmaqallı müsahibəsindən sonra klubdan ayrılmışdı. Portuqaliyalı hücumçu baş məşqçi Erik Ten Haqın ona hörmət etmədiyini vurğulamışdı.