Təbriz həbsxanasında saxlanılan tələbə hərəkatı fəalı Armita Pavir təkadamlıq kameraya salınıb.
Bu barədə güney azərbaycanlı vəkil Qasım Bodi məlumat yayıb.
Onun sözlərinə görə, həbsxana məmurları tələbə xanımı döyüb, baş və boyun nahiyəsindən yaralayıblar.
Qeyd edək ki, Armita Pavir son dəfə 21 sentyabr 2023-cü ildə saxlanılıb, "rəhbəri təhqir etmək və hökumətə qarşı təbliğat" ittihamına görə 22 ay 17 gün azadlıqdan məhrum edilib.
O, barəsində çıxarılan hökmü ədalətsiz adlandırıb və buna etiraz olaraq həbsxanada bir neçə dəfə aclıq aksiyası keçirib.GünazTV