Artıq 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatı (Somatotrop hormon, somatropin) (qiyməti təqribən 200 AZN-dir) TƏBİB tərəfindən xəstələrə verilmir! Daha doğrusu “öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə “naməlum” və “qaranlıq” səbəblərdən verilmir. Qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırki iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər! Bu insanlar çox çətin duruma düşüblər.
Həkim Aydın Əliyev