Məlum olduğu kimi, bu günlərdə Nazirlər Kabineti ölkədə taksi xidməti ilə bağlı qərar verib. Qərarda bir neçə tələb var.
Tələblərdə bildirilir:
1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.
2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin.
3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.
4. Taksilərin salonunda videokameralar olmalıdır.
5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.
6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.
Bəs taksilərlə bağlı yeni tələblər taksi bazarına necə təsir edəcək?
TV Musavat-ın əməkdaşları məsələ ilə bağlı taksi sürücüləriylə söhbətləşib, onların rəyini öyrənib.
Hazırladığımız videoreportajı təqdim edirik: