Sudanda Şimali Kordofan əyalətinin El Obeid şəhəri yaxınlığında cənazə mərasiminə PUA zərbəsi endirilməsi nəticəsində azı 40 nəfər ölüb.
Sozcu.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Neftlə zəngin olan Kordofan bölgəsində yaraqlılarla Milli Müdafiə Qüvvələri arasında döyüşlər son günlər daha da şiddətlənib.
Silahlıların nəzarətində olan bölgələrdə kütləvi qətllər, cinsi zorakılıq, oğurluq və geniş miqyaslı talanlar adi hal alıb.
