Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Paşinyan İrəvanın KTMT-də iştirakının “dondurulması”nı şərh edərək deyib ki, siyasi qərarlar hüquqi proseslərlə qarışdırılmamalıdır:
“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət zonası nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”.
Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə nə vaxt danışması ilə bağlı verilən suala cavabında deyib ki, son dialoq yeni il bayramından əvvəl baş tutub.