Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yeni təyinatla bağlı əmr verib.
Sozcu.az xəbər verir ki, əmrə əsasən Su Ehtiyatları Agentliyi Yanında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı Dağlıq Şirvan Regional Bölməsinə yeni rəis təyin olunub.
Belə ki, əmrlə Səfər Sərdar oğlu Məmmədov sözügedən qurumun rəisi təyin edilib.
Qeyd edək ki, Səfər Məmmədov Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışıb.