Stoltenberq: İsraildəki müharibə NATO-nun Ukraynaya kömək qabiliyyətini zəiflətməyəcək

Şimali Atlantika Alyansı İsrailin Həmas yaraqlıları ilə müharibəsinə baxmayaraq, Ukraynaya köməyə davam edəcək.

Sozcu.az-ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq DW-yə müsahibəsində deyib.

Baş katib xatırladıb ki, prezident Vladimir Zelenski Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatı) sonuncu iclasında iştirak edib.

“NATO ölkələri qəti şəkildə bildirdilər ki, biz İsrailə qarşı törədilən terror aktının vəhşiliyindən narahatıq. Lakin bu, bizim qabiliyyətimizə, hazırlığımıza və Ukraynanı dəstəkləməyə davam etmək əzmimizə xələl gətirməyəcək”.

Stoltenberq qeyd edib ki, Alyans bunu təkcə sözdə deyil, həm də əməldə təsdiqləyir.apa

Share on Facebook