Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində İsraildə ölənlərin sayı artıq 700 nəfəri ötüb.
Sozcu.az xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın hücumundan sonra İsraildə 600-ə yaxın ölü, 2 048 yaralı olduğu bildirilirdi.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və yaraqlı qruplar ölkə ərazisinə daxil olub. İsrail cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.