Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Azər Zeynalov güc strukturları tərəfindən saxlanılıb.
Onun hazırda istintaqla bağlı Bakıya gətirildiyi bildirilir.
Azər Zeynalovun həbsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.
Qeyd edək ki, Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub. Ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.