Simonyan rusun çəkməsini yalayır - Arşakyan

Bəzən bal çəlləyinin içində milçək olduğu kimi, Rusiyadakı diasporumuzda da kökünü çoxdan unudub, ruslaşanlar var. Üstəlik, onlar müstəqil Ermənistanı istəməyən Rusiyanın imperiya ambisiyalarına xidmət etməkdən məmnundurlar. Onların adları ölkəmizdə yaxşı tanınır: Ara Abrahamyan, Sergey Kurginyan, Semyon Baqdasarov, Karen Şahnazarov, Marqarita Simonyan və Marqaritanın əri Tiqran Keosayandır.

Sozcu.az xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.

“Simonyandan ayrıca danışmaq istərdik. Marqo da yuxarıda adları çəkilən erməni soyadlı, lakin rus ruhlu şəxslər kimi uzun illərdir ki, Ermənistanın Rusiyaya birləşdirilməsinin ölümcül qaçılmazlığını ağzı köpüklənə-köpüklənə təbliğ edir. Yeri gəlmişkən, yuxarıda adları çəkilən ermənilərin heç biri özlərini xalqımızın bir hissəsi hesab etmir. Onlar tamamilə ruslaşıb. Və onlar Ermənistanla Qərb arasında istənilən əlaqəni ən dəhşətli cinayət hesab edirlər.

Amma gəlin Marqoya qayıdaq. Şəxsən mən və ölkəmizdəki bütün tanışlarım onun Rusiyaya tabe olan dövlətdən çıxıb Kremllə bərabərhüquqlu münasibətlər qurmağa çalışan, eyni zamanda Qərblə əlaqələri gücləndirməkdən imtina etməyən müasir Ermənistana münasibətindən ikrah hissi keçiririk. Onun üçün biz hamımız Sorosun marionetləri, satqınlarıyıq.

Sonda saysız-hesabsız əsassız ittihamlardan yorulan Ermənistan hakimiyyəti Marqo da daxil olmaqla, bir sıra Rusiya ermənilərini arzuolunmaz şəxs elan edib. Dünənki mətbuat konfransında Paşinyan bu giriş qadağasına aydınlıq gətirib.

Təbii ki, bu qadağa bir sıra rusiyalı ermənilərin antierməni siyasətinə bir qədər gecikmiş reaksiya oldu. Amma bu reaksiyanı erməni vətəndaşları dəstəklədi. Və Marqo ölkədə istənilməyənlərdən biridir. Paşinyan ölkəyə giriş qadağasının səbəbini izah etməyə vaxt tapmamış “Çerkizonda” iç paltarı alverçisi kimi Simonyan Baş nazirin ünvanına təhqirə yol verdi. Marqo, sən Kremlə xoş gəlmək üçün saxtakarlıqla məşğul olmağa davam et. Siz rusun çəkməsini yalamağa hazırsınız, amma eyni zamanda, bizə nifrət edirsiniz, çünki biz bunu istəmirik”, - o bildirib.axar.az

Share on Facebook