Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai TV-də hakimiyyətin Tavuş rayonuna məxsus bəzi əraziləri Azərbaycana verməyə hazırlaşdığı barədə iddiaları rədd edib.
Sozcu.az-ın məlumatına görə, A.Simonyan bildirib ki, Azərbaycanın Ermənistan ərazilərinə ərazi iddiaları yoxdur.
Simonyan dediklərini qrafik şəkildə əsaslandırmaq üçün İctimai TV-nin efirində xəritə də göstərib.
“Bizim olan bizim qalacaq, onların olan, onların”, - o deyib.
İşğal olunmuş 4 kənd Azərbaycana qaytarılandan sonra Ermənistanın bəzi infrastrukturlardan məhrum olacağı barədə fikirləri şərh edən Simonyan bildirib ki, həmin ərazidə qaz xətti yoxdur.
“Oradan magistral yol keçir. Məsələ o yerə gələcək ki, biz həmin yol hissəsi ilə nə edəcəyimizi anlayacağıq, mövqeyimiz odur ki, yolumuzu bu tərəfə bir neçə kilometr çəkə bilərik. Görəcəyik ki, bizim üçün ən əlverişli olan nədir, biz onu edəcəyik”, - Simonyan bildirib.
Alen Simonyan deyib ki, Ermənistan iqtidarı bunu təhdid altında etmir.
“Biz təhdid altında hərəkət etmirik. Biz bunu edirik, çünki buna ehtiyacımız var. Bu bizə lazımdır, başa düşürsüz? Biz deyəndə ki, kadastr şəhadətnaməsi olsun, bu, abstrakt bir şey ola bilməz”.
Qeyd edək ki, Alen Simonyan 4 kəndin qaytarılması barədə danışarkən Qazaxın işğal edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərini nəzrdə tutub.modern)