Şirvanda 70 yaşlı qadın dəm qazından zəhərlənərək vəfat edib.
Sozcu.az xəbər verir ki, hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb.
Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olub, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.