Şirvanda 10 yaşlı məktəblini maşın vurdu

Şirvanda 10 yaşlı məktəblinin avtomobil vuraraq ağır yaralayıb.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2013-cü il təvəllüdlü məktəbli məktəbdən çıxıb yolu keçərkən avtomobil vurub. Azyaşlı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook