Şirkətin soyuducalarını satıb pulunu mənimsəyən şəxs saxlanıldı

Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub.

Sozcu.az DİN-ə istinadla xəbər verir ki, şirkət Binəqədi rayonu ərazisində fəaliyyət göstərir.

Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib.

Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov saxlanılıb.

Araşdırma aparılır.

Share on Facebook