Şirkət rəhbərinin xəsarət aldığı qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

"16 yanvar saat 10:30-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".

Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.

"Onlardan 1959-cu il təvəllüdlü şəxsə sinə nahiyəsinin küt travması diaqnozu təyin edilib. O, öz istəyilə stasionar tibbi xidmətdən imtina edib.

1993-cü il təvəllüdlü şəxsə isə sağ diz nahiyəsinin sınığı, sol əlin və çənənin açıq yarası diaqnozu təyin edilib. Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub", -deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Beyləqan rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər - Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır.

O, Türkiyədə tanınmış "Eu-Turan" Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O, azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

Share on Facebook