“Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Şevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.

DİN-dən Sozcu.az-a verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Share on Facebook