Şərurda TIR aşıb, xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Siyaqut kənd yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yüklə dolu TIR aşıb.

Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Əraziyə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Share on Facebook