Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultaya hazırlaşır.
Sozcu.az xəbər verir ki, bu barədə partiya sədri Əli Kərimli sosial şəbəkə hesabında məlumat yayıb.
“AXCP-nin Şənbə günü keçirəcəyimiz qurultayında çox ciddi qərarlar verəcəyik. Əvvəla, partiyanın müasir zamanın tələblərinə uyğun yeni proqramını qəbul edəcəyik. İkincisi, qurultay artıq təyin olunmuş növbədənkənar prezident seçkilərini də müzakirə edib, seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəcək”, – deyə Ə. Kərimli qeyd edib.