Şəmkirdə dərmandan zəhərlənən 40-a yaxın inək öldü - Fotolar

Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf olub.

Sozcu.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,hadisə rayonun Morul kəndində qeydə alınıb.

Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb.

Fermer Anar Məmmədov APA-nın yerli bürosuna bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” adı ilə dərman alıb. Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb.

Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılmasını istəyir.

Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.

e6640e95552160a4d5334afa26672b2e.jpg

6a987103216cbb09f4e88762c4bdc3d5.jpg

9169c9b7bc87121766ca4561144448bd.jpg

Share on Facebook