Şəkidə qonşunun evini təmir edən kişi bədbəxt hadisə nəticəsində ölüb.
Sozcu.az xəbər verir ki, hadisə Baş Göynük kəndində baş verib.
Kənd sakini 1973-cü il təvəllüdlü Nəzər Orucov qonşusunun evinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. socar vakansiya
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan N. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
N. Orucov xəstəxanada ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.