Şəhid xanımı və övladları qəzaya düşdü

18:49

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının 99-cu kilometrliyində qeydə alınıb.

Gülnar Abdullayevanın idarə etdiyi “Hunday-Sonata” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza zamanı sürücü, onun 3 övladı və qohumu (qadın) xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, xanım sürücü şəhid Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Share on Facebook