Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası vəfat edib.

Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Fərhad Vəliyev Masallı rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Balaqardaş Vəliyev 1 oktyabr 2020-ci il tarixdə şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. O, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

2f9b827b7df34c4c8dbfa830c135132f.jpg

Share on Facebook