Şamaxıda dəm qazı can aldı

Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Report-un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurdtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Xanməmmədova Şaaxanım dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share on Facebook