"Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, "Artsax"da onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək".
Bunu Qarabağda mövcud olmuş qondarma rejimin "prezident"i Samvel Şahramanyan "yerli" televiziyaya müsahibəsində deyib.
""Artsax"da müzakirələr gedirdi ki, Samvel Babayan və ya Vitali Balasanyan daha məqbul namizəd olacaq. Mən Azərbaycan tərəfdən mənfi cavab aldım.
Sonra danışıqlar nəticəsində biz sentyabrın 20-də hərbi əməliyyatların (qondarma rejim tərəfindən) dayandırılmasını, "Silahlı Qüvvələr"in buraxılmasını, Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasını, hərbi texnikanın təhvil verilməsini nəzərdə tutan sənəd qəbul etdik", - deyə o bildirib. (Publika)