Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.
Bu barədə "Hayeli.am" məlumat yayıb. Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, "keçmiş xarici işlər naziri" Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir.
"Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, "Röyter"in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı - Artak Beqlaryanın isə harada olduğunu bilmir", - deyə sayt bildirib.//news24.az