"Şahramanyanın "artsax" barədəki davranışları Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisində qondardığı separatçı-terrorçu rejim barədəki gerçək siyasətinin kiçik miqyaslı proyeksiyasıdır..."
“Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan və hakim rejimin digər nümayəndələrinin təhdidlərinə baxmayaraq, artsax respublikasının son prezidenti Samvel Şahramanyan artsaxın ləğvi haqqında fərmanı ləğv etmək qərarına imza atıb. Bunu yalnız bir neçə nəfər bilir”.
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazıb.
“Qərar dekabrın 10-da imzalanıb və bir nüsxəsi Ermənistanın baş naziri Nikol Paşinyana göndərilib”,- deyə daha sonra erməni qəzeti bildirir.
Nəşrin yazdığına görə, Şahramanyan sentyabrın 28-də “artsax”ın ləğvi haqda “fərman”ı “artsax xalqının fiziki təhlükəsizliyini və həyati maraqlarını təmin etmək naminə verib. Fərmanın faktiki mətni dərc olunmayıb, yalnız bu barədə əvvəlcə rus, sonra erməni dilində məlumatlar yayılıb. Və o, prezidentliyin saytında deyil, o günlərdə Stepanakertdən(Xankəndi-S.L.) rəsmi xəbərlər üçün yeganə platforma olan artsax informasiya qərargahının “Facebook” səhifəsində dərc edilib”- Ermənistan saytı belə yazır.
“Artsaxın boşaldılmasından sonra Ermənistanın hökumət dairələri bu qərarı mütəmadi olaraq səsləndirir və bütün məsuliyyət yükünü Şahramanyanın çiyninə qoymağa çalışır, onun bir fərmanla bütöv bir dövləti ləğv etdiyini bəyan edərək, artsaxın təslim olmasının günahını və xalqın qəzəbini ona yönləndirməyə çalışırdılar… Samvel Şahramanyan lüzumsuz spekulyasiyalara yol verməmək üçün imzaladığı qərarı ləğv etmək üçün yeni qərar qəbul edib, lakin onlar Ermənistan hakimiyyətinin təhdid və fərziyyələrini nəzərə alaraq, bunu ictimaiyyətə açıqlamaq fikrində deyillər….Mənbəmiz bildirdi ki, Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib…”- erməni nəşri belə yazır.
Nəşr bildirir ki, separatçı-terrorçu rejimin müxalifət təmsilçisi Metakse Akopyan “prezident”in fərmanının ləğvi ilə bağlı qərar qəbul etdiyini istisna etmir...
P.S. Şahramanyanın "artsax" barədəki davranışları Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisində qondardığı separatçı-terrorçu rejim barədəki gerçək siyasətinin kiçik miqyaslı proyeksiyasıdır...