Azərbaycan Respublikasının suveren(!) ərazisində 32 il Rusiyanın himayəsi altında yaradılmış və fəaliyyət göstərmiş qondarma separatçı-terrorçu rejimin buraxılması haqqında bu il sentyabrın 28-də sonuncu “prezident” Samvel Şahramanyanın imzaladığı “fərman”ı qüvvədən salmaq haqqında “fərman” var.
Sozcu.az xəbər verir ki, bu iddia ilə “artsax” ictimai xadimi sayılan və son 3 il ərzində Xankəndində fəallığı ilə seçilmiş Tiqran Petorsyan öz “Facebook” səhifəsində irəli sürüb.
“Bu gün səhər mən Samvel Şahramanyanla görüşmək məqsədi ilə onu artsaxın ləğvi ilə bağlı “NH-657-N”saylı fərmanını ilin sonunadək qüvvədən düşmüş hesab etməyə çağırmaq məqsədi ilə artsaxın nümayəndəliyinə getdim. Təəssüflər olsun ki, Şahramanyan məni qəbul etməyi lazım bilmədi və xahişi başqa adamlar vasitəsilə çatdırmalı oldum.
Məndə olan məlumata görə, artıq belə bir fərman var, sadəcə dərc olunmayıb və belə fərmanlar dərc olunduğu andan qüvvəyə minir.
Bu günlərdə ləğv fərmanını dərc etmək üçün əlimizdən gələni edəcəyik.
Şahramanyana gəlincə, onu deyim ki, o, milli təhlükəsizlik xidmətinin direktoru olanda həmin Bako Saakyan və digərlərinin əleyhinə danışanları izləməklə, çirkab toplamaqla məşğul idi və o vaxt türk agentləri artsaxa səfər edirdilər. axırda nə baş verdiyini hamımız bilirik. Bundan əlavə, onun hakimiyyəti dövründə artsax dağıdıldı, onun düzgün idarə etməməsi nəticəsində bizdə də benzin partlayışından yüzlərlə qurban oldu, bunun əsas günahkarı və məsuliyyəti Şahramanyanın özüdür...
Və bundan sonra biz onun getməsini zəruri hesab edirik. Bizimlə görüşməyi qəbul etmirsə, getsin-...” -Petrosyan belə yazıb.
“Unutmayaq ki, dəfələrlə sorosizmlə əlaqədə olmaqda ittiham olunan T.Petrosyan dəfələrlə yumşaq desək, yanlış açıqlamalar verib və buna da inanmağa tələsməyək”. Bunu isə “artsax”lı fəalın iddiasını şərh edən rusiyapərəst “İravunk” nəşri yazıb.moderator)