Sərhəddə gərginlik: Tatoyan yeni xəritə yaydı – “Azərbaycan Ordusu 2,6 km…”

Sərhəddə təxribatlar törədən erməni tərəfi dezinformasiyalarla daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Sozcu.az xəbər verir ki, bu dəfə Ermənistanın sabiq deputatı Arman Tatoyan bənzər cəhdlə çıxış edib.

O iddia edib ki, Azərbaycan Ordusu guya Aşağı və Yuxarı Şorca kəndləri yaxınlığından Ermənistan mövqelərini atəşə tutub.

“Atəş düz xətt üzrə Ermənistanın 2,16 km dərinliyinə nüfuz edən yerdən açılıb”, – deyən Tatoyan özü də bilmədən rəsmi İrəvanı ifşa edib.

Məsələ burasındadır ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin məhz Yuxarı Şorca istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutması barədə məlumat yaymışdı.

Yəni A.Tatoyanın iddia etdiyi təxribatı əslində Ermənistan ordusu törədib, lakin İrəvandakı dairələr növbəti dəfə dezinformasiya yaymağa çalışıb, nəticədə isə özlərini ifşa ediblər.globalinfo)

Share on Facebook