Sərhəddə 21 kq narkotik ələ keçirildi

Dövlət Sərhəd Xidməti (DSX) ümumən 21 kiloqram 745 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alıb.

Sozcu.az DSX-nin Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, iyulun 2-də Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında 5 kiloqram 870 qram narkotik vasitə ələ keçirilib.

İyulun 3-də isə Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

İyulun 4-də Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Share on Facebook